Yeni dərs ili ərəfəsində dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunur

Yeni dərs ili ərəfəsində dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunur

Bayram günlərində sərnişin axınının artması adi hala çevrilib. Rahat və ucuz nəqliyyat vasitəsi kimi vətəndaşlarımız dəmir yolunun xidmətlərindən istifadəyə üstünlük verirlər. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yeni dərs ili ərəfəsində - sentyabrın 10-dan 14-lək gücləndirilmiş iş rejimi tətbiq olunur. Bununla əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20 ədəd əlavə vaqonun qoşulması təmin ediləcək.

Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə