Gənclər təşkilatlarının rəhbərləri mətbuat nümayəndələri ilə bir araya gəldi

Lənkəran şəhərində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən keçirilən Payız Akademiyası çərçivəsində ARGTMŞ-nin üzvü olan gənclər təşkilatlarının rəhbərləri ilə mətbuat nümayəndələri arasında görüş təşkil olunub. SİA-nın məlumatına görə, görüşün keçirilməsində məqsəd ARGTMŞ-nin üzvü olan gənclər təşkilatlarının mətbuatla əməkdaşlıq sahəsində maarifləndirilməsi və onlarla əlaqələrin qurulmasına imkan yaratmaqdır.

Tədbir çərçivəsində gənclər təşkilatları və mətbuat arasında əməkdaşlığa maneə olan əsas məsələlər müəyyənləşdirilib və maneələrin səbəbləri araşdırılıb. Bu əlaqələrin gücləndirilməsi istiqamətində müzakirələr aparılıb və qarşılıqlı təkliflər səsləndirilib.

ARGTMŞ mətbuat xidmətinin rəhbəri Pərvin Piriyev bildirilib ki, Payız Akademiyası ARGTMŞ-nin 3G strategiyasının "Gənclər təşkilatları institutunun gücləndirilməsi" istiqaməti çərçivəsində həyata keçirilir.

Tədris proqramında bir sıra gənclər təşkilatları, dövlət qurumları və biznes qurumlarını təmsil edən peşəkar ekspertlər tərəfindən iştirakçılar təlimləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə