Elmira Sülyemanova BMT rəsmisi ilə görüşüb

Ombudsman BMT-nin İşgəncələrin qarşısının alınması üzrə Alt Komitəsinin (SPT) nümayəndə heyətinin üzvlərini qəbul edib. Ombudsman Aparatının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova BMT-nin İşgəncələrin qarşısının alınması üzrə Alt Komitəsinin (SPT) vitse-prezidentinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

E. Süleymanova qonaqlara Ombudsman yanında Milli Preventiv Mexanizmin (MPM) fəaliyyəti ilə bağlı ətraflı məlumat verib və onları maraqlandıran sualları cavablandırıb.

Görüşdə Milli Preventiv Qrupunun (MPQ) üzvləri də iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə