Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) 15 Sentyabr–Bilik günü ərəfəsində sağlamlıq imkanları məhdud iki və daha artıq məktəbli üzvü olan ailələrə maddi yardım ayırıb. Nazirlikdən SİA-ya verilən xəbərə görə, ƏƏSMN-nin müvafiq Əmri ilə təsdiqlənən "2014-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı" çərçivəsində həyata keçirilən tədbir ümumilikdə 1535 ailə üzrə 3200 nəfər sağlamlıq imkanları məhdud məktəbli uşağı əhatə edir. Bununla əlaqədar ayrılan vəsaitin aidiyyatı üzrə rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzləri tərəfindən qeyd olunan şəxslərin müavinət üzrə müvafiq bank hesablarına köçürülməsinə başlanıb.
Məlumat üçün bildirək ki, həmin ailələrdən 1411-i tərkibində 2 nəfər, 118-i tərkibində 3 nəfər, 6-ı isə tərkibində 4 nəfər sağlamlıq imkanları məhdud məktəbli uşaq olanlardır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB