Elçin Quliyev Şəkidə vətəndaşları qəbul edəcək

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi Elçin Quliyev Şəkidə bölgə sakinlərini qəbul edəcək. DSX-nin mətbuat mərkəzindən SİA-ya verilən xəbərə görə sentyabr ayının 18-də saat 11:00-da Şəki Sərhəd Dəstəsində Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev tərəfindən Balakən, Oğuz, Qax, Qəbələ, Şəki və Zaqatala rayon sakinlərinin qəbulu keçiriləcək.

Qəbulda iştirak etmək istəyənlərdən xahiş olunur ki, onları maraqlandıran sualları sentyabr ayının 17-dək Dövlət Sərhəd Xidmətinin www.dsx.gov.az adlı rəsmi saytında yerləşdirsinlər.

Qeydiyyat üçün 012-498-01-55 və 012-498-01-69 nömrəli telefon­larla əlaqə saxlanılması və ya Şəki Sərhəd Dəstəsinə müraciət edilməsi xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə