Lənkəran şəhərində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ARGTMŞ-nın üzvü olan gənclər təşkilatlarının rəhbərləri və fəal gənclərdən ibarət 80 nəfərin iştirakı ilə Payız Akademiyası artıq ikinci gündür davam edir. SİA-nın məlumatına görə, tədbir ARGTMŞ-nın üzvü olan gənclər təşkilatlarının rəhbərliyinin iştirakı ilə təşkil olunan QİDA (QHT idarəetmə Akademiyası) Payız Akademiyası və internetdən fəal istifadə edən gənclər, gənc jurnalistlər, bloqqerlər və dizaynerlərin iştirakı ilə təşkil olunan "Xətdə" Payız Akademiyasından ibarətdir.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) sədri Akademiyanın açılışında iştirak edərək bütün iştirakçılara uğurlar arzulayıb. Sədr diqqətə çatdırıb ki, akademiya gənclərin təşkilat idarəçiliyinin təkmilləşdirilməsi və gənc kadr potensialının inkişafı üçün önəmlidir: "Bu ilin ilk 6 ayı ərzində Milli Şura və ona daxil olan təşkilatlar onlarla layihə həyata keçirib. Əsas diqqət çəkənlər BMT və Avropa Şurası ilə keçirdiyimiz layihələr və eyni zamanda "QHT İdarəetmə Akademiyası" – QİDA, "Xətdə" Sosial Şəbəkələr Akademiyası kimi davamlı layihələrimizdir. Biz hazırda gənclərdə könüllülük və cəmiyyətə faydalı işlər görmək üçün təşəbbüskarlıq hislərinin artırılması istiqamətində ciddi işlər aparırıq. Bir könüllünün özünü təsdiqləməsi və ictimai fəal gəncə çevrilməsi üçün ən az 2 il vaxt lazımdır. Ümumiyyətlə, 2012-ci ildən bəri yüzlərlə gəncin könüllüyə, ictimai fəala çevrilməsində uğurlu addımlar atmışıq".
Açılış mərasimindən sonra proqrama uyğun olaraq iştirakçılar arasında "secret friend"lər (gizli dostlar) müəyyənləşib.
Təlimçi, telejurnalist Günay Malikqızı iştirakçılara İnternet jurnalistika və vətəndaş jurnalistləri arasındakı problemlərdən və onların həlli yollarının necə axtarılıb tapılması barədə geniş məlumat verdi və iştirakçıların mövzu ilə bağlı fikirlərini öyrəndi.
ASAN xidmətin aparıcı məsləhətçisi Mehdi Cavadov iştirakçılara elektron xidmətlərdən istifadə qaydaları və onların asan üsulla necə əldə olunması barədə geniş məlumat verdi və bu sahədəki yeniliklərdən danışdı.
Qeyd edək ki, tədbir çərçivəsində ARGTMŞ-nın üzvü olan gənclər təşkilatlarının rəhbərləri və fəal gənclər QHT idarəedilməsi, layihə idarəedilməsi və internetdən düzgün istifadə bloklarına daxil olan 20-yə yaxın mövzunu əhatə edən tədris proqramında iştirak edir. Tədris proqramında bir sıra gənclər təşkilatları, dövlət qurumları və biznes qurumları təmsil edən peşəkar ekspertlər tərəfindən iştirakçılar təlimləndiriləcək. Təlim tədris proqramı zamanı əhatə olunmuş mövzularda biliklərin artırılması məqsədi ilə bir çox praktiki məşğələlər təşkil olunacaq.
Tədbir 12 sentyabr 2014-cü il tarixinədək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB