“Bakı Metropoliteni” sentyabrın 15-dən qış qrafikinə keçəcək

“Bakı Metropoliteni” sentyabrın 15-dən qış qrafikinə keçəcək

"Bakı Metropoliteni"ndə qatarlar sentyabrın 15-dən etibarən qış qrafikinə uyğun hərəkət edəcək. SİA-nın xəbərinə görə, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

O bildirib ki, yeni dərs ilinin başlanması ilə bağlı sərnişin sıxlığı yaranacağı təqdirdə bu tarix 1-2 gün qabağa da çəkilə bilər: "Yay vaxtı xəttə 24 qatar buraxılırdısa, qış qrafikinə əsasən onların sayı 30-a çatdırılacaq. Beləliklə, qatarlar arasında interval azalacaq və sərnişin sıxlığı nəzərə alınmaqla 1,5-2,5 dəqiqə təşkil edəcək. Bundan başqa, "Elmlər Akademiyası" stansiyasında əsaslı təmirə dayandırılmış eskalator da sərnişinlərin istifadəsinə veriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə