Rusiya vətəndaşı təcridxanaya telefon keçirmək istədi

Rusiya vətəndaşı təcridxanaya telefon keçirmək istədi

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 3 saylı İstintaq Təcridxanasına qadağan olunmuş vasitələrin keçirilməsinin qarşısı alınıb. Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, təcridxanada saxlanılan Rusiya vətəndaşı, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 208.2 maddəsinə əsasən həbs edilmiş Elbrus Karibova həyat yoldaşı, Kabardin-Balkar Respublikasında yaşayan Amina Sasikovanın gətirdiyi sovqata baxış keçirilib. Bu zaman sellofan paketin içərisində gizlədilmiş bir ədəd "Samsunq Duos" markalı mobil telefon aparatı, üç ədəd "Meqafon", "Belain" və "Turkcell" danışıq kartları aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə