Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekoloji parkında şirkətin ekologiya idarəsinin, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının və "EkoSfera" Sosial-Ekoloji Mərkəzinin dəstəyi ilə uşaq ekologiya düşərgəsi təşkil olunub.
ARDNŞ-in mətbuat xidmətindən verilən məlumata görə, düşərgənin təşkil edilməsində məqsəd uşaqlara canlıların ekosistemdəki rolunun zəruriliyini öyrətmək, "qonşu biotopların" maraqlı həyat tərzlərinin aspektlərini nümayiş etdirmək, ənənəvi olaraq "sevilməyən və ya zərərli hesab edilən" təbiət nümayəndələrinə münasibətin dəyişməsinə nail olmaqdan ibarətdir.
10-13 yaş arası 35 uşağın cəlb edildiyi üçgünlük proqrama xüsusi əyani dərslər və heyvanların müşahidəsi, herbari materiallarının toplanması, qruplarla iş, yaradıcı seminarlar, Eko-parkla tanışlıq daxil edilib.
"EkoSfera" Mərkəzinin aparıcı mütəxəssisləri, Bakı Dövlət Universitetinin müəllimləri düşərgə iştirakçılarına proqram mövzularına dair maraqlı məlumatlar veriblər. Uşaqlar ilbizlərin, arıların, qurbağaların, kərtənkələlərin, ilanların və yarasaların həyat tərzini müşahidə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB