Samuxda mədəniyyət ocaqlarının maddi texniki bazası gücləndirilir

Samuxda mədəniyyət ocaqlarının maddi texniki bazası gücləndirilir

Son illər Samux rayonunda mədəniyyət ocaqlarının yenilənməsi və maddi texniki bazasının möhkəmləndirilməsi istiqamətində bir sıra işlər görülür. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, rayon mərkəzi parkında müasir tələblərə cavab verən Heydər Əliyev mərkəzi və Tarixdiyarşünaslıq muzeyi inşa olunub. Bundan başqa musiqi məktəblərində, eləcə də kəndlərdə yerləşən kitabxana və digər mədəniyyət ocaqlarında da təmir işləri aparılıb. Dövlət proqramına uyğun olaraq qarşıdakı illərdə yerli mədəniyyət turizm şöbəsi üçün inzibati bina, mədəniyyət evi və bir neçə kənd kitabxanasının tikintisi də nəzərdə tutulub. Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Kamil Vəliyevin sözlərinə görə, son illər yenilənən bütün mədəniyyət ocaqları ən müasir avadanlıq və inventarla təchiz edilib.

Qeyd edək ki, Samux rayonunda 10 mədəniyyət evi, 16 klub, 3 musiqi məktəbi, 25 kitabxana fəaliyyət göstərir.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə