Payızlıq əkin üçün 2 min ton taxıl səpiləcək ki, bu da ötən ilin göstəricisindən 400 ton çoxdur. Göygöl rayonunda ümumilikdə 10 min hektar əraziyə taxıl əkilir ki, bunun da 8 mini suvarılan, 2 mini isə dəmyə torpaqlardır. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, sentyabırın 20-dən isə rayon üzrə 2 min ton taxıl əkiləcək ki, bunun 1700 tonunu buğda, 3 min tonunu arpa təşkil edir. Toxumların əsasını Azəri, Aran, Əkinçi-84, Əzəmətli-95, Qobustan, Taleh-38 buğda, Cəlilabad-19, Qarabağ-22 arpa sortları təşkil edir. Rayonda anbarlara yığılan taxıl kisələrinin üzərinə "Toxumluq haqqında Qanunun" tələblərinə uyğun olaraq Respublika Dövlət Toxum Müfəttişliyi tərəfindən toxumun etiketi vurulub. Burada taxılın sortu, çəkisi, toxum istehsalçının kodu, dərmanlanmada istifadə olunan preparatın adı, istehsal ili yazılıb.
Məlumat üçün bildirək ki, anbarlarda 500 ton əlavə taxıl toxumu var ki, bu da ətraf rayonlardan olan fermerlərə satılacaq.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB