UNİCEF-in Azərbaycandakı yeni nümayəndəsi təyin edilib

BMT-nin Uşaq Fondunun (UNICEF-in) Azərbaycandakı yeni nümayəndəsi təyin edilib. UNİCEF-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu vəzifəyə Andro Şilakadze təyin edilib. Şilakadze əvvəllər UNİCEF-in tərkibində Mərkəzi və Cənubi Asiya ölkələrində müxtəlif vəzifələrdə işləyib.

Şilakadze UNİCEF-ə 1999-cu ildə Tiflisdə təşkilatın Səhiyyə Proqramının rəhbəri kimi qoşulub. Növbəti 2001-2003-cü illərdə o UNICEF-in Sosial Siyasət Bölməsinə rəhbərlik edib.

Qeyd edək ki, UNICEF-in Azərbaycandakı keçmiş nümayəndəsi Mark Herevard olub.

Bütün xəbərlər Facebook səhifəmizdə