Gəncədə Gənclər Evi inşa edilir

Gəncədə Gənclər Evi inşa edilir

Gəncədə 2012-ci ildən inşa edilən Gənclər evində son tamamlama işləri görülür. Ümumi sahəsi 5 min kvadratmetr olan dördmərtəbəli binanın daxili interyerində işlər tamamilə başa çatdırılıb. Hazırda Gənclər evinin həyətyanı sahəsində abadlıq işləri aparılır.
Burada konfrans zalı, müxtəlif dərnəklərin fəaliyyəti üçün otaqlar, peşə yönümü və kompyuter otaqları, eləcə də 10 nömrədən ibarət otel fəaliyyət göstərəcək.
Heydər Əliyev park-kompleksində inşa edilən Gənclər evinin 2015-ci ilin əvvəllərində istifadəyə verilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə