Türkiyə müdafiə sənayesi sərgisində geniş tərkibdə təmsil olunacaq

Türkiyə müdafiə sənayesi sərgisində geniş tərkibdə təmsil olunacaq

Türkiyə müdafiə sənayesi bu ilin sentyabrında Bakıda keçiriləcək 1-ci Azərbaycan Beynəlxalq müdafiə sənayesi ("ADEX-2014") sərgisində geniş tərkibdə təmsil olunacaq.
Türkiyə mətbuatı xəbər verir ki, bu barədə ölkənin Müdafiə Sənayesi Katibliyindən (SSM) məlumat verilib.
Sentyabrın 11-dən 13-dək davam edəcək sərgidə Türkiyədən SSM-in himayəsi altında 31 şirkət iştirak edəcək. Türkiyə şirkətləri tərəfindən istehsal edilmiş silah, hərbi sursat və digər müdafiə təyinatlı məlumatlar 1252 kvadratmetrlik milli pavilyonda nümayiş etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə