Qazax Rayon İcra Hakimiyyətində qış mövsümünə hazırlığın vəziyyətinə dair geniş tərkibdə müşavirə keçirilib. Müşavirədə rayonda qış mövsümünə hazırlıqla bağlı görülmüş işlər barədə iştirakçılara ətraflı məlumat verilib. Elektrik, su-kanalizasiya, istilik, qaz şəbəkələrinin və qurğularının istismarına nəzarət edilməsi, yaşayış məntəqələrinin fasiləsiz elektrik enerjisi, qaz və su ilə təchizatını təmin etmək sahəsində zəruri tədbirlərin görülməsi ilə əlaqədar qarşıda duran vəzifələrdən danışılıb.
Sonra müzakirələr olub. Ayrı-ayrı idarə, müəssisə və təşkilat rəhbərləri tərəfindən rayonda qışa hazırlığın vəziyyətinin qənaətbəxş olduğu bildirilib, lakin əlavə bir sıra tədbirlərin hazırlanıb həyata keçirilməsinə ehtiyac olduğu vurğulanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB