“Bakcell” yeni kampaniyaya başlayıb

"Bakcell" şirkəti sentyabrın 5-dən "Ulduzumla Megafun günləri" adlı kampaniyaya başlayıb. Şirkətdən bildirilib ki, sentyabrın 25-dək davam edəcək kampaniya çərçivəsində "Megafun" əyləncə mərkəzində "Ulduzum" kodundan istifadə edən hər 100-cü abonent dəyərli hədiyyələrlə təltif ediləcək. Proqramın istənilən üzvü əyləncə mərkəzində "Ulduzum" kassasından balans kartına yüklədiyi məbləğin 50 faizinə qədər bonus hədiyyə qazanacaq. Eyni zamanda, daha yüksək endirimli kuponlar əldə edəcək. Bütün bu üstünlüklərlə yanaşı, İstifadəçilərə "Megafun" balans kartına yüklədikləri hər 20 manat üçün 10 dəqiqəlik şəbəkədaxili danışığa görə bonus dəqiqləri veriləcək.

Kampaniyadan yararlanaraq hədiyyələr əldə etmək üçün "Ulduzum"un üzvləri 5555 qısa nömrəsinə "*" işarəsini göndərərək 4 rəqəmli şifrə əldə edəcəklər. SMS vasitəsilə alınan şifrə "Megafun" kassirinə təqdim edildikdən sonra bonus və endirim kuponları əldə olunur. Gün ərzində hər bir abonent 10 dəfə "Ulduzum" şifrəsi əldə edə bilər. Alınan hər bir şifrənin etibarlılıq müddəti 24 saatdır.

Ulduzum proqramına üzv olmaq üçün "1" yazıb 5555 nömrəsinə pulsuz SMS yollamaq yetərlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə