YAP Gənclər Birliyinin bir qrup nümayəndəsi Azərbaycanın milli peyk operatoru olan "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətində ekskursiyada olub. Birlikdən SİA-ya bildiriblər ki, ekskursiya "Azərkosmos Əsas Yerüstü Peyk İdarəetmə mərkəzi" ilə tanışlıqla başlayıb.
Gənclərə qurumun fəaliyyəti haqqında ətraflı məlumat verilərək bildirilib ki, 2010-cu il mayın 3-də təsis edilən "Azərkosmos" Qafqazda əsas peyk operatorudur. Müəssisənin əsas fəaliyyəti müştəri tələblərinə cavab verən operator kimi müəyyən edilib. ASC peyk rabitəsi əsasında yayım və genişzolaqlı internet xidmətlərinin göstərilməsi və hökumət müştərilərinin yüksək etibarlı rabitə platformaları ilə təmin edilməsi istiqamətində iş aparır.
Peyk Mərkəzi Asiya, Avropa və Afrikanın 50-dən artıq ölkəsini birləşdirən kosmik məkanda əsas rol oynayır. Gənclərin gələcəkdə potensial kadr olaraq yetişməsində belə ekskursiyaların rolu önəmlidir.
Gənclər, həmçinin ekskursiya zamanı ehtiyat yerüstü peyk idarəetmə mərkəzi ilə də tanış olublar. Burada gənclərə peykin idarə olunması üçün müxtəlif təyinatlı antenalar, onların funksiya və fəaliyyəti barədə məlumat verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB