Sentyabrın 4-ü axşam və gecə yağan leysan xarakterli yağışla əlaqədar Böyük və Kiçik Qafqazın bəzi çaylarında sululuq artıb, Zəyəmçaydan sel keçib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-160, Kiçik Qafqazın çaylarında 30-110, Lənkəran-Astara bölgəsi çaylarında 10-20 faizini təşkil edir.
Sentyabrın 5-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 100 m3/s olmaqla ongünlük normanın 82 faizini təşkil edir. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 3.21 m3/s olmaqla, ongünlük normanın 5 faizini təşkil edir.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 6, Şirvanda 3 sm azalma, Bankədə 13 sm artım qeydə alınıb, Salyanda və Araz çayının Novruzlu məntəqəsində isə heç bir dəyişiklik müşahidə olunmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB