Bu gün gecə saat 04:02 radələrində Gəncəyə yağan güclü yağış şəhərin yollarında ciddi fəsadalara yol açıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, sel suları küçələrdən iri daşları, torpağı yuyaraq asfalt yollara gətirib. Bu da Nizami, Şah İsmayıl Xətai prospektləri ilə yanaşı, Mirzə Abbas Abbaszadə və bir neçə küçədə avtomobillərin hərəkətinə mane yaradıb. Bundan başqa bir neçə dəqiqə ərzində davam edən yağış şəhərin kanalizasiya sistemində daşmalara səbəb olub.
Gəncə şəhər İcra Hakimiyyəti başçısının şəhər təsərrüfatı üzrə müavini Nizami Hacıyevin verdiyi məlumata görə, səhər saatlarından etibarən təbii fəlakətin yaratdığı fəsadların aradan qaldırılması üçün aidiyyəti qurumların canlı qüvvəsi və texnikası cəlb olunub. Mövcud problemin aradan qaldırılması üçün axşam saatlarına qədər küçə və prospektlərdə təmizləmə işləri görülüb.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB