Fənlərarası tədqiqatlara həsr olunan beynəlxalq yay məktəbi keçiriləcək

Fənlərarası tədqiqatlara həsr olunan beynəlxalq yay məktəbi keçiriləcək

Sentyabrın 9-dan 12-dək Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunda Bakı Beynəlxalq Humanitar Forumu ərəfəsində fənlərarası tədqiqatlara həsr olunan beynəlxalq yay məktəbi keçiriləcək. SİA-nın xəbərinə görə, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunan tədbirdə Fransanın Nitsa Sofiya Antipolis Universiteti (Universite Nice Sophia Antipolis), Şərq Dilləri və Sivilizasiyaları Milli İnstitutunun (İNALCO – İnstitut National des Langues et Civilisations Orientales) alimləri iştirak edəcək.

Yay məktəbində azərbaycanlı tədqiqatçılarla yanaşı, qeyd edilən elmi-tədqiqat mərkəzlərinin alimlərinin mühazirələri dinləniləcək və mövzu ətrafında geniş fikir mübadiləsi aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə