Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ATƏT-in Azərbaycanda layihə əlaqələndiricisi Aleksis Şahtaxtinskini qəbul edib. Komitənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, DQİDK sədri Mübariz Qurbanlı Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olması, dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlar üçün yaradılan şəraitin yaradılması barədə ATƏT rəsmisinə məlumat verib. Eyni zamanda dini abidələrin tikinti və bərpa işlərinə dövlət səviyyəsində böyük qayğı olduğunu vurğulayıb.
Aleksis Şahtaxtinski ATƏT-in tolerantlıqla bağlı müxtəlif layihələri olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycanın mövcud tolerantlıq modeli Avropa üçün önəm kəsb edir. ATƏT rəsmisi gələcəkdə də bu təcrübənin təşviq edilməsi istiqamətində birgə tədbirlər keçirilməsinin əhəmiyyətli olacağını diqqətə çatdırıb.
Görüşdə həmçinin qarşılıqlı maraq kəsb edən bir sıra layihələr ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB