Azad Rəhimov: "İnkişafımızın dünyada tanınmasında xaricdə təhsil alan gənclərin əməyi böyükdür"

Azad Rəhimov: "İnkişafımızın dünyada tanınmasında xaricdə təhsil alan gənclərin əməyi böyükdür"

"Tələbə gənclər gəncliyin əsas və aparıcı hissəsi olduğu kimi, xaricdə təhsil alan tələbələr də 200 minlik tələbə ordusunun önəmli hissəsidir. Prezident İlahm Əliyev ölkə gənclərinin dünyanın aparıcı universitetlərində təhsilinə çox böyük diqqət və önəm verir. Bu da ölkəmizin inkişaf prioritetlərindən biridir". SİA-nın xəbərinə görə, bunu gənclər və idman naziri Azad Rəhimov ASAİF-in XII Beynəlxalq Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, bu siyasətin daha dərin kökləri, ənənələri var: "Bu gün ölkəmizin inkişafının dünyada tanınmasında xaricdə təhsil alan gənclərin əməyi böyükdür. Siz gənclərin savadının artması, peşəkar mütəxəssis olmaq istəyiniz və çalışmağınız bizi sevindirir. Bu, sizin əsas vəzifənizdir. Cəmiyyətin problemlərinin həllində iştirak etmək, onlarla münasibətin müəyyən edilməsi, fərdi bacarıq və imkanlarının ümumi fəaliyyətdə birləşməsi yolu ilə insan daha da yetkinləşir".

Nazir onu da əlavə edib ki, gənclərlə bağlı keçirilən tədbirlər, forumlar zamanı bu fəaliyyətlər Azərbaycanın əsas və yeganə problemi Dağlıq Qarabağ və Ermənistanın təcavüzü ilə bağlı aparıla bilər. Bu Azərbaycanın tanıdılması ilə əlaqəli gənclərin peşəkarlığı ilə bağlı ola bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə