Bu yol açıldı

Bakı Beynəlxalq Avtovağzalından "Sədərək" ticarət mərkəzinə aparan yolda nəqliyyatın hərəkəti bərpa edilib. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, təmir işləri ilə əlaqədar avqustun 24-dən 25-nə keçən gecə Bakı Dairəvi yolunun Beynəlxalq Avtovağzal adlanan ərazisindən yolun 8-ci km-dək olan hissəsi ("Sədərək" ticarət mərkəzinədək) nəqliyyatın hərəkəti üçün bağlanmışdı.

Bu gündən etibarən yol artıq nəqliyyat vasitələrinin hərəkəti üçün açılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə