Azərbaycanın gənc donorları dünya gənclərinin XIV forumunda iştirak ediblər

"Qan Donorları Assosiasiyası"nın sədri Fuad Əsgərov və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəal gənc donoru Mədaim Rəhimli Mərakeş Krallığının Kasablanka şəhərində təşkil olunmuş dünya gənclərinin XIV forumunda iştirak ediblər. Qan Donorları Assosiasiyasından bildirdilər ki, forum Beynəlxalq Qan Donorları Cəmiyyətləri Federasiyasının təşkilatçılığı ilə keçirilib.

Forumun əsas məqsədi dünya gənc qan donorları arasında əlaqələri gücləndirmək, təcrübə mübadiləsinə dəstək olmaq və fəaliyyətin inkişafını tənzimləməkdən ibarətdir. Forum çərçivəsində azərbaycanlı heyət Beynəlxalq Qan Donorları Cəmiyyətləri Federasiyasının prezidenti Gianfranco Massaro və Beynəlxalq Gənclər Komitəsinin sədri Alisia Simanetti ilə rəsmi görüş keçirmiş və gələcək müştərək layihələri də müzakirə etmişdirlər.

Dörd gün davam edən forumda dünyanın bir çox ölkə gəncləri iştirak etmişdirlər.

Qeyd edək ki, ölkə təmsilçilərimizin dünya forumunda iştirakı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin dəstəyi ilə həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...