23 saylı orta məktəbə Milli Qəhrəmanın adı verilib

23 saylı orta məktəbə Milli Qəhrəmanın adı verilib

Nazirlər Kabinetinin "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişiklik edib. SİA-nın məlumatına görə, dəyişikliyə əsasən, Bakı şəhəri Nəsimi rayonundakı 23 saylı orta məktəbə Tahir Həsənovun adı verilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin 3 iyul 2014-cü il tarixli qərarına qədər 23 saylı məktəb Milli Qəhrəman Tahir Həsənovun adını daşıyıb. Nazirlər Kabinetinin 3 iyul 2014-cü il tarixli qərarı ilə T.Həsənovun adı məktəbin adından çıxarılıb. Son qərara əsasən isə yenidən məktəb Milli Qəhrəmanın adını daşıyacaq. T.Həsənov bu məktəbdə təhsil alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə