Gəlinlər toy günü niyə qaçır? MÜNASİBƏT

Gəlinlər toy günü niyə qaçır? MÜNASİBƏT

Son günlər Azərbaycanda yenicə ailə həyatı qurmağa hazırlaşan bəylə gəlin toy günü bu izdivacdan imtina edirlər. Ələxsusda bu kimi hərəkətlər gəlinlərdə müşahidə olunur. Bu da cəmiyyəti ciddi narahat edir.

Məsələ ilə əlaqədar olaraq millət vəkili Jalə Əliyevadan münasibət öyrəndik. O, SİA-ya açıqlaması zamanı maraqlı faktlardan söz açdı: "Gəlinin toydan qaçması hallarına artıq son günlərdə tez-tez eşidirik. Düşünürəm ki, belə hadisələr araşdırılmalıdır. Çünki bunun bir çox səbəbləri var. Fikrimcə əsas səbəblərdən biri qızlarımızın təhsildən yayındırılaraq zorla ərə verilməsidir. Təəssüflər olsun ki, bu məqamlar bəzi rayonlarımızda hələ də var. Xüsusi ilə deyim ki, Azərbaycan günü-gündən qloballaşır. Odur ki, belə bir dövrdə qanunlarımıza müraciət etmək lazımdır".

Sözügedən məqama psixoloq Səbuhi Rəhimli də fikirlərini bildirib: "Toy gününə qədər oğlanla qız düşünməlidir. Ancaq el şənliyində gəlinin bir anda fikrini dəyişərək qaçması artıq anormallıqdır, psixoloji pozuntudur. Məsləhət görərdim ki, yenicə ailə qurmağa hazırlaşan qızlarımız bu cür hadisələrdən kənar olsunlar".

Bütün xəbərlər Facebook səhifəmizdə