Hərbçilərimiz beynəlxalq təlimə qatılacaqlar

Hərbçilərimiz beynəlxalq təlimə qatılacaqlar

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirdə iştirak edəcəklər. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, sentyabrın 5-dən 13-dək Ekenas şəhərində (Finlandiya) Böhranların idarə edilməsi üzrə çoxmillətli NOCO 2014 təlimi keçiriləcək.

Tədbirdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə