Nəsrəddin Tusinin 740 illiyi ilə bağlı beynəlxalq konfrans keçiriləcək

Sentyabrın 10-u saat 11.00-da ensiklopedik alim Nəsrəddin Tusinin vəfatının 740 illiyi ilə əlaqədar Riyaziyyat və Mexanika İnstitutu, Nəsrəddin Tusi adına Astrofizika Rəsədxanası, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Universiteti dahi mütəfəkkirin xatirəsinə həsr olunan beynəlxalq konfrans keçirəcək. SİA-nın xəbərinə görə, "Riyaziyyatın və astronomiyanın tarixi, mövcud durumu və gələcəyə baxış" mövzusunda təşkil olunan tədbirin təşkilatçıları AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu, Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir.

Konfransda dünyanın müxtəlif ölkələrindən- İspaniya, Fransa, İngiltərə, İsveçrə, Rusiya, İran, Özbəkistan və s. alimlər iştirak edəcək.

AMEA Riyaziyyat və Mexanika İnstitutunun İctimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşı Röya Qarabağlının sözlərinə görə, tədbir (Ünvan: Bakı şəhəri, İstiqlaliyyət küç., 30, Rəyasət Heyətinin binası, Böyük zal.) iki gün davam edəcək: "Konfransın bölmə iclasları Azərbaycan Universiteti və Şamaxıda Tusi adına Astrofizika Rəsədxanasında keçiriləcək. KİV beynəlxalq konfransa dəvət olunur".

Bütün xəbərlər Facebook səhifəmizdə