“Səyyar QHT məktəbi”

Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ regional ofisi Gülsam Əlillərin Reablitasiyası İctimai Birliyinin təşkilatı dəstəyi ilə "Səyyar QHT məktəbi" çərçivəsində Ağsu rayon gənclərinin ictimai fəaliyyətini artırmaq və onların vətəndaş cəmiyyəti institutlarında iştirakını təmin etmək üçün 1-4 sentyabr 2014-cü il tarixində silsiləvi təlimlər həyata keçirib. Mərkəzdən SİA-ya verilən xəbərə görə, Gənclər üçün Təhsil Mərkəzi tərəfindən idarə olunan keçmiş SSRİ ölkələri arasında ilk dəfə olaraq, 2002-ci ildə Azərbaycanda yaranan "QHT Məktəbi"nin əsas məqsədi vətəndaş cəmiyyəti institutları üçün kadrlar hazırlamaq, eyni zamanda QHT sektoru ilə maraqlanan şəxslərin bilik və təcrübəsini artırmaqdır.

Mərkəzdən verilən xəbərə görə, bu günədək 1300-ə yaxın məzunu olan məktəbdə iştirakçılara əsasən QHT fəlsəfəsi, QHT-lərin yaradılması, idarəedilməsi və strukturunun inkişafı, üzvlərin cəlb olunması yolları, QHT-lərdə ictimaiyyətlə əlaqələrin qurulması (PR), beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, layihə təkliflərinin hazırlanması və s. mövzular tədris olunur. İştirakçıların əldə etdikləri biliklər xüsusi qaydalara uyğun qiymətləndirildikdən sonra təlim proqramını başa vuran iştirakçılara Gənclər üçün Təhsil Mərkəzinin diplomları təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə