Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sabah, sentyabrın 4-də Göygöl rayonunda əmək yarmarkası keçiriləcək. Nazirlikdən bildirdilər ki, aktiv məşğulluq tədbirində 13-ü özəl sektora aid 38 müəssisə üzrə 230-a yaxın boş (vakant) iş yeri işsiz və işaxtaran vətəndaşların seçiminə təqdim ediləcək. Onların sırasında sosial cəhətdən həssas əhali qruplarından olan vətəndaşlar, o cümlədən əlilliyi olan şəxslər üçün kvota üzrə iş yerləri də var. Tədbir zamanı peşə hazırlığına və ödənişli ictimai işlərə cəlb olunmaq üçün işsiz və işaxtaran vətəndaşların qeydiyyatı da aparılacaq.
Növbəti gün, sentyabrın 5-də isə Qusar, Sabirabad və Saatlı rayonlarında əmək yarmarkalarının keçirilməsi nəzərdə tutulur. Hazırda yarmarkalara hazırlıqla bağlı idarə, müəssisə və təşkilatlardan boş iş yerləri barədə məlumatlar toplanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB