Sentyabrın 4-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat

Bakıda və Abşeron yarımadasında

Havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gündüz cənub-şərq küləyi 8-13 m/s, arabir 15-17 m/s.

Havanın temperaturu gecə 23-26° isti, gündüz 29-34° isti, Bakıda gecə 23-25° isti, gündüz 31-33° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-60 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25° isti, Zuğulba, Mərdəkan, Şüvəlan, Buzovnada 25-26° isti, Türkan, Hövsan, Şıx, Sahildə 26-27° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında

Hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi 5-10 m/s.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 33-38° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,

Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında

Əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Şərq küləyi 5-10 m/s.

Havanın temperaturu gecə 12-17° isti, gündüz 22-27° isti olacağı gözlənilir.

Qazax,Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında

Hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Şərq küləyi 5-10 m/s, gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 30-35° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,

Quba, Xaçmaz, Qusar rayonlarında

Hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı,

qısamüddətli yağış yağacağı gözlənilir.

Şərq küləyi 5-10 m/s, gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20° isti, gündüz 28-33° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında

Hava əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi 5-10 m/s, gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 32-37° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında

Hava əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi 5-10 m/s, gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 22-25° isti, gündüz 31-34° isti,

dağlarda gecə 13-18° isti, gündüz 25-30° isti olacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...