Sağlam həyat naminə erkən nikaha yox deyək

Sağlam həyat naminə erkən nikaha yox deyək

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUDK) tərəfindən mütəmadi olaraq cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi, ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin ailə həyatına hazırlığı, sağlam həyat tərzinin təbliği istiqamətində müxtəlif tədbirlər həyata keçirilir.

AQUDK tərəfindən əhalinin xüsusilə, gənclərin insan alveri, erkən nikah və qan qohumları arasında bağlanan nikahların yaratdığı fəsadlar barəsində və sağlam həyat tərzinin təbliği istiqamətində maarifləndirilməsi məqsədilə "Sağlam həyat naminə erkən nikaha yox deyək" adlı genişmiqyaslı layihə həyata keçirilir.

Tədbirlərdə ekspertlərin iştirakı ilə erkən nikah halları və onların yaratdığı fəsadlar mövzularında müzakirələr aparılır.

Layihə çərçivəsində növbəti tədbir sentyabrın 4-də İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə