Həzi Aslanovun ev muzeyində hərbi vətənpərvərlik mövzüsunda tədbir
Lənkəranda Həzi Aslanovun ev muzeyində hərbi vətənpərvərlik mövzüsundə növbəti tədbir təşkil olunub. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə,tədbirdə yeniyetmələrlə yanaşı Lənkəran sərhəd qoşunları hərbi hissəsinin əskər və zabitləri də iştirak ediblər. Tədbir çərçivəsində muzeyin direktoru Tamara Fətullayeva mühazirə oxuyub. Gənc əskərlərə Həzi Aslanovun keçdiyi şərəfli yol haqqında geniş məlumatlar verilib və muzeyə ekskursiya təşkil olunub.
Bildirilib ki,bu səpkidə tədbirlər növbəti həftələrdə də təşkil olunacaq.
Sərraf Mirsəfəroğlu


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB