Əflatun Amaşov Menderes Dəmirlə görüşüb

Bu gün Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov Türk Dünyası Qəzetçilər Federasiyasının baş direktoru Menderes Dəmirlə görüşüb. MŞ-dən SİA-ya verilən məlumata görə, Şuranın ofisində baş tutan görüşdə türk dünyası jurnalistlərinin konsolidasiyası ilə bağlı məsələlər müzakirə olunub. Əskişəhərdə keçirilmiş I Türk Dünyası Qəzetçilər Şurasında çıxarılan qərarlar üzərində dayanılıb. Bu baxımdan Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyinin təbliğinə dair toplantıda qaldırılmış məsələlərə xüsusi diqqət yetirilib. Türk Dünyası Qəzetçilər Federasiyasının mövcud istiqamətdəki fəaliyyətini gücləndirmək üçün Azərbaycanla sıx təmaslar qurduğu və əməkdaşlığını daha da dərinləşdirəcəyi vurğulanıb.

Görüşdə, həmçinin Türk Dünyası Qəzetçilər Şurasının gələcəkdə də təşkili, Türkiyə və Azərbaycan jurnalistlərinin qarşılıqlı səfərlərinin reallaşdırılması ətrafında da fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...