Arzu Rəhimov Cəlilabadda vətəndaşları qəbul edəcək

Arzu Rəhimov Cəlilabadda vətəndaşları qəbul edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXDX) rəisi general-leytenant Arzu Rəhimov Cəlilabadda vətəndaşları qəbul edəcək. Dövlət Xidmətinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Arzu Rəhimov sentyabrın 18-də saat 10:00-da Xidmətin Cəlilabad rayon şöbəsinin inzibati binasında (Cəlilabad şəh. Azərbaycan küç. 129) vətəndaşların qəbulunu həyata keçirəcək.

Qəbulda yalnız Masallı, Biləsuvar və Cəlilabad sakinləri iştirak edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə