Səbailli gənclərin Qusardakı istirahəti başa çatıb

Səbailli gənclərin Qusardakı istirahəti başa çatıb

Yeniyetmə və gənclərin yay istirahətinin təşkili ilə bağlı Səbail rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan tədbirlər sırasına daha biri əlavə olunub. SİA-nın xəbərinə görə, bu il ilk dəfə Müdafiə Nazirliyi ilə birgə rayonunun təhsildə və idmanda fərqlənən, xüsusi istedadlı yeniyetmələri- ümumilikdə 100 nəfər uşaq üçün Nazirliyin Qusar rayonundakı "N" saylı hərbi hissəsində hərbi-vətənpərvərlik təmayüllü "Gənc Heydərçilər" istirahət düşərgəsi yaradılıb.

Bağlanışdan bir gün əvvəl düşərgədə ənənəvi tonqal ətrafında konsert proqramı təşkil olunub, uşaqlar və eləcə də hərbi hissənin şəxsi heyəti üçün tanınmış incəsənət xadimlərinin iştirakı ilə bayram konserti və nahar süfrəsi təşkil olunub.

Düşərgənin bağlanışı ilə əlqadar təşkil olunan tədbirdə iştirak edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, İnsan Hüquqları üzrə müvəkkili- Ombudsman Elmira Süleymanova, Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, Müdafiə Nazirliyinin əməkdaşı polkovnik-leytenant Kamran Nəsibov, "N" saylı hərbi hisənin komandir əvəzi, polkovnik-leytenant Şahin Qəhrəmanov, valideynlər və digər qonaqlar uşaqların istirahəti, burada onlar üçün yaradılmış şəraitlə yaxından tanış olub, hərbi təlimlərdə fərqlənən, idman yarışlarında qalib gələn bir qrup şagirdə xatirə medalları və uşaqların tərbiyəsi işlərində cavabdeh olan dəstə rəhbərlərinə və hərbiçilərə qiymətli hədiyyələr təqdim ediblər.

Yeniyetmələr hərbi hissənin orkeçtrinin müşayəti ilə qonaqlar qarşısında hərbi keçidlə keçib, düşərgədə öyrəndiklərini nümayiş etdiriblər. Maraqlı istirahətdən sonra Bakıya qayıdan yeniyetmələr, onların valideynləri bu gözər və yaddaqalan tədbirə görə ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə