Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Naftalan şəhərində vətəndaşları qəbul edəcək. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından bildiriblər ki, sentyabrın 11-də saat 11.00-da Naftalan şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək qəbulda Mingəçevir, Naftalan şəhərlərinin, Goranboy rayonunun sakinləri iştirak edə bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşlar TQDK-nın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər (eservices.tqdk.gov.az/SedrinQebulu).
Bundan əlavə, qeydiyyata yazılmaq istəyən vətəndaşlar Mingəçevir, Naftalan şəhərlərinin və Goranboy rayonunun təhsil şöbələrinə, eləcə də TQDK-nın Gəncə Regional Bölməsinə müraciət edə bilərlər.
Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB