Sankt-Peterburq-Bakı aviareysi ilə Heydər Əliyev Beynəlxalq Aeroportuna daxil olan Azərbaycan vətəndaşı Vüqar Hümbətova məxsus baqaj yoxlanarkən monitorda zərgərlik məmulatlarına oxşar əşyaların təsviri görünüb. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı həmin yükə təkrar gömrük baxışı keçirib. Bu zaman V.Hümbətova məxsus çantadan gömrük nəzarətinə təqdim olunmayan 15 ədəd üzük, 8 cüt sırğa, 18 ədəd qolbaq, 1 ədəd boyunbağı və 3 cüt üzük-sırğa dəsti aşkar edilib.
İlkin araşdırma zamanı V.Hümbətov istirahət məqsədilə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə getdiyini, orada qohumu olan bir şəxsin ona sözügedən zərgərlik məmulatlarını verərək evinə çatdırmasını xahiş etdiyini bildirib.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, 585 əyarlı qızıldan hazırlanan zərgərlik məmulatlarının ümumi çəkisi 190,74 qramdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB