Bakı şəhərinin Heydər Əliyev prospektində səhər saatlarında tıxac yaranıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən SİA-ya verilən məlumata görə, Heydər Əliyev prospekti - kənar yolda (şəhər istiqamətində) baş vermiş zəncirvari yol-nəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq əmələ gəlib. Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti - əsas yoldan istifadə etmələri tövsiyə olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB