Məhkuma telefon ötürmək istədi

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Şəki Penitensiar müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, orada saxlanılan, Cinayət Məcəlləsinin 234.2 və 237.2.1 maddələrinə əsasən həbs edilmiş şəxs İbrahim Süleyman oğlu Uğruyevin yanına qısamüddətli görüşə gəlmiş həyat yoldaşı Nərminə Şaban qızı Uğruyevanın üzərinə və əşyalarına baxış keçirilib. Bu zaman əl çantasının içərisində gizlədilmiş daxilində "Sim" danışıq kartı olan bir ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə