Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov sentyabrın 5-də Göygöl şəhərində ətraf bölgələr də əhatə olunmaqla vətəndaşların qəbulunu keçirəcək. Komitədən bildiriblər ki, qəbulda Gəncə şəhərindən, Göygöl, Samux, Naftalan, Kəlbəcər, Tərtər və Daşkəsən rayonlarından olan vətəndaşlar iştirak edə bilərlər.
Qəbul saat 10.00-da Göygöl şəhərində yerləşən Heydər Əliyev Mərkəzində başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB