Davudoğlu da Azərbaycana gələcək

Davudoğlu da Azərbaycana gələcək

Türkiyənin baş naziri Əhməd Davudoğlu da Azərbaycana səfər edəcək. Bu barədə SİA türk mətbuatına istinadən xəbər verir. Məlumata görə, ilk xarici səfərini Şimali Kipr Türk Cümhuriyyətinə edəcək Davudoğlu daha sonra Azərbaycana gəlməyi planlaşdırır. Hazırda səfərin tarixi ilə bağlı heç bir məlumat verilmir.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə