Gənc alim və mütəxəssislərin beynəlxalq konfransı keçiriləcək

Gənc alim və mütəxəssislərin beynəlxalq konfransı keçiriləcək

Bakıda "Fundamental və tətbiqi elmlərin aktual problemlərinin həllində multidissiplinar yanaşmanın rolu" mövzusunda gənc alim və mütəxəssislərin I beynəlxalq elmi konfransı keçiriləcək. AMEA-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, 15-16 oktyabr tarixlərdə təşkil olunacaq konfrans Neftçilər gününə həsr olunacaq.

Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Dövlət Neft Şirkətinin birgə təşəbbüsü, AMEA Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə baş tutacaq tədbirdə dünyanın 50-dən çox ölkəsindən gənc alimin iştirakı gözlənilir.

Qeyd edək ki, konfransda iştirak üçün tezislərin son qəbulu sentyabrın 15-dək aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə