Azərbaycan şirkətləri Electronics İndia sərgisində iştirak edə bilərlər

Azərbaycan şirkətləri Electronics İndia sərgisində iştirak edə bilərlər

Gələn il martın 26-27-də Nyu-Dehli şəhərində Hindistan Elektronika və Kompyuter Proqramı Təminatı İxracının Təşviqi Şurası Ticarət və Sənaye Nazirliyinin sponsorluğu ilə Electronics İndia sərgisi keçiriləcək. SİA-nın verdiyi məlumata görə, sərgidə Hindistanın ən böyük elektronika ticarəti və istehsalı şirkətləri öz mallarını nümayiş etdirəcəklər.

Sərgi iştirakçıları Hindistanın elektronika avadanlığını istehsal edən şirkətləri ilə əlaqə qura biləcəklər. Sərgidə iştirak edən hər şirkətdən bir nəfərə təyyarə bileti pulsuz veriləcək.

Tədbirə elektronika məhsulları idxal edən və ya Hindistan şirkətləri ilə iş qurmaq istəyən Azərbaycan şirkətləri də qatıla bilər.

İştirak etmək istəyənlər oktyabrın 20-dək ərizə ilə müraciət etməlidirlər. İştirakçıları sərginin Nəzarət Komitəsi seçəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə