Azərbaycan və Gürcüstan Dəmiryolçularının Həmkarlar İttifaqları arasında əməkdaşlığın gücləndirilməsi, bədən tərbiyəsi və idmanın kütləvi inkişafı sahəsində konkret tədbirlərin həyata keçirilməsi, Həmkarlar ittifaqı təşkilatlarının bu sahədəki fəaliyyətlərinin canlandırılması, HİK üzvlərinin sağlamlıqlarının möhkəmləndirilməsi, idmanla məşğulluğa cəlb olunması məqsədilə bir sıra tədbirlər həyata keçirilir. SİA-nın məlumatına görə, Azərbaycan və Gürcüstan dəmiryolçularının komandaları arasında "Dostluq" kuboku uğrunda keçirilən mini futbol yarışı da buna misaldır.
Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən "Lokomotiv" İstirahət Mərkəzinin stadionunda keçirilən qarşılaşma başlamazdan əvvəl Azərbaycan Dəmiryolçularının MHİRK-in sədri Fəzail Bağırov və Gürcüstan Dəmiryolçularının Həmkarlar İttifaqının sədri Zurab Nasaraya çıxış edərək qarşılıqlı əməkdaşlığın bundan sonra da davam etdirilməsinin vacibliyindən danışdılar. Gərgin mübarizə şəraitində keçən qarşılaşma Azərbaycan dəmiryolçularının 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, yarışın sonunda qaliblərə kubok və mükafatlar təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB