Lahıc Goranboy və Ağdaş məktəblilərini heyran edib

Lahıc Goranboy və Ağdaş məktəblilərini heyran edib

Goranboy və Ağdaş rayonlarının ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərindən təşkil edilmiş hər biri 40 nəfərdən ibarət iki qrup avqustun 31-də İsmayıllı rayonunun Lahıc qəsəbəsinə gəlib. Prezident İlham Əliyevin tapşırığı ilə "Ölkəmizi tanıyaq" devizi altında keçirilən tur-aksiya çərçivəsində reallaşan ekskursiya məktəblilərin respublikamızı gəzmək, onun ayrı-ayrı bölgələri ilə yaxından tanış olmaq baxımından xüsusi əhəmiyyət kəsb edir.
Lahıc qəsəbəsi özünəməxsus flora və faunası, tarixi abidələri ilə seçilən məkanlarımızdandır. Sənətkarlıq mərkəzi kimi tanınan Lahıcda ustaların misdən hazırladıqları, mürəkkəb və incə naxışlarla bəzədilmiş çoxsaylı məişət əşyaları və təsərrüfat alətləri məktəbliləri heyran edib.
Ağdaş rayonu Kotavan kənd tam orta məktəbinin X sinif şagirdi Gültac Əşrəfli deyib: "Prezidentimizə minnətdaram ki, bu tur-aksiyanın keçirilməsi üçün tapşırıq verib. Girdiman çayı sahilində yerləşən Lahıc ölkəmizin qədim yaşayış məskənlərindəndir, əsl sənətkarlar məkanıdır. Qəsəbə ilə tanışlıq bizə Vətənimiz barədə xeyli bilgilər verdi. Səfərimiz 4 gün davam edəcək. Qəbələyə, Şəkiyə getməyi də səbirsizliklə gözləyirik".
Lahıca səfərin zəngin təəssüratları ilə yaşayan məktəblilər Qəbələyə yola düşüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə