Bakıda gənclərin beynəlxalq sülh forumu keçiriləcək

Bakıda gənclərin beynəlxalq sülh forumu keçiriləcək

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) sentyabrın 18-dən 22-dək Bakıda gənclərin beynəlxalq sülh forumunu təşkil edəcək.
AGAT-dan bildiriblər ki, forumda 12 dövlətdən sülh qurucuları, ekspertlər və xarici ölkələrdəki QHT-lərin nümayəndələri iştirak edəcəklər.
Forumun məqsədi Azərbaycanın regionda sülh quruculuğu işində yerinin və rolunun Avropa gənclərinə çatdırılması, Avropa və Azərbaycan gəncləri arasında əməkdaşlığın inkişaf etdirilməsidir. Məqsəd həm də avropalı gənclərə ölkəmizin həqiqətləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verməkdir.

Tədbirdə Avropanın kütləvi təşkilatlarından hesab edilən "Peace one day"ın nümayəndələrinin iştirakı da planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə