Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Oğuz rayonunda "Sağlam həyat naminə erkən nikaha yox deyək" adlı layihə çərçivəsində tədbir keçirilib. Komitədən azərtac-a bildirilib ki, layihənin məqsədi erkən nikah hallarının yaratdığı fəsadlar haqqında cəmiyyətin müxtəlif təbəqələrinin məlumatlandırılması və erkən nikah hallarının qarşısının alınmasıdır.
Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Yusif Naxçıvanski erkən nikah hallarının fəsadlarından danışıb, bunun qarşısının alınması üçün dövlət qurumları tərəfindən aidiyyəti üzrə tədbirlərin keçirilməsinin önəmini vurğulayıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva ölkədə nikah, boşanma, erkən nikah halları ilə bağlı statistik göstəricilər və qanunvericilikdə bu istiqamətdə nəzərdə tutulmuş müddəalar haqqında danışıb. Respublikamızda erkən nikah hallarının qarşısının alınması məqsədilə aparılan uğurlu siyasətdən, komitənin bununla bağlı paytaxtda və regionlarda mütəmadi olaraq həyata keçirdiyi tədbirlərdən bəhs edən A.Sofiyeva aidiyyəti dövlət qurumlarının erkən nikah hallarına qarşı birgə fəaliyyətinin zəruriliyini qeyd edib.
Digər çıxış edənlər erkən nikah hallarının gənclərin, ailələrin, erkən nikahın bağlanmasının dünyaya gələn körpələrin həyatında, sağlamlığında yaratdığı fəsadlardan və bu fəsadların sağlam cəmiyyətin gələcəyi üçün yaratdığı təhlükədən söhbət açıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB