Avqustun 31-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında

Havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Lakin günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

Şimal-qərb küləyi 18-23 m/s, gecə və səhər arabir 25-28 m/s-dək güclənəcək, günün ikinci yarısında 10-15 m/s, arabir 18 m/s.

Havanın temperaturu gecə 23-26° isti, gündüz 26-31° isti olacağı gözlənilir.

Bakıda gecə 24-26° isti, gündüz 30-32° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-60 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27° isti, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 27-28° isti, Türkan, Hövsan, Şıx, Sahildə 28-29° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında

Əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Qərb küləyi 5-10 m/s, gecə və səhər arabir 20-25 m/s-dək güclənəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 32-37° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,

Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında

Əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Qərb küləyi 5-10 m/s, gecə və səhər arabir 28-33 m/s-dək güclənəcək

Havanın temperaturu gecə 12-17° isti, gündüz 22-27° isti olacağı gözlənilir.

Qazax,Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında

Əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Qərb küləyi 5-10 m/s, arabir 20-25 m/s, ayrı-ayrı yerlərdə arabir 28-33 m/s-dək güclənəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 30-35° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,

Quba, Xaçmaz, Qusar rayonlarında

Əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Qərb küləyi 5-10 m/s, gecə və səhər arabir 25-30 m/s-dək güclənəcək.

Havanın temperaturu gecə 15-20° isti, gündüz 27-32° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında

Əsasən gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Qərb küləyi 5-10 m/s, gecə və səhər arabir 20-25 m/s-dək güclənəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 32-37° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında

Arabir yağış yağacağı gözlənilir.

Şimal-şərq küləyi 5-10 m/s, gecə və səhər arabir 20-25 m/s-dək güclənəcək.

Havanın temperaturu gecə 22-25° isti, gündüz 29-34° isti,

dağlarda gecə 15-20° isti, gündüz 22-27° isti olacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə