Pirallahı qəsəbəsində yeni çimərlik zonaları istifadəyə verilib. SİA-nın xəbərinə görə, Rayon icra hakimiyyətindən verilən məlumatda bildirilib ki, çimərliklər ərazisində insanların istirahət etməsi üçün lazımi şərait yaradılıb. Əraziyə günlüklər qoyulub, paltardəyişmə yerləri, futbol və voleybol meydançaları təşkil olunub.
Çimərliklərdə insanların təhlükəsizliyi və sağlamlığı ilə bağlı tədbirlər görülüb. Burada ilkin tibbi yardım məntəqəsi yaradılaraq, xəbərdaredici və məlumatlandırıcı lövhələr vurulub.
Bundan əlavə, Fövqəladə Hallar Nazirliyinin dalğıc geyimləri və ləvazimatları ilə təchiz olunmuş xilasedici qruplar çimərlik zonalarda xidmət göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB